Bakı, 14 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Keir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ukraynaya dəstək məqsədilə
dondurulmuş Rusiya aktivlərinin istifadəsini müzakirə etmək üçün telefon danışığı aparıblar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, iki siyasətçi söhbətlərində ABŞ-ın Ukrayna münaqişəsinə son qoymaq üçün təklif etdiyi sülh planı üzərində aparılan işləri müzakirə ediblər. Starmer və Fon der Lyayen “razılaşıblar ki, indi Ukraynanın gələcəyi üçün kritik bir andır və Avropa, ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək”.
Onlar, həmçinin dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı irəliləyişləri müzakirə ediblər.