Bakı, 14 dekabr, AZƏRTAC
ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb və
bir neçə nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat verib.
O, “Fox News” telekanalına verdiyi mətbuat konfransında bildirib: "İki nəfərin öldüyünü və daha səkkiz nəfərin vəziyyətinin ağır
olduğunu təsdiqləyə bilərəm”.