AZ

İspaniya polisi narkotik qaçaqmalçılığı üçün vertolyotlardan istifadə edən dəstəni zərərsizləşdirib

Bakı. Trend:

İspaniya polisi hava yolu ilə narkotik qaçaqmalçılığına qarşınadir əməliyyat çərçivəsində Mərakeşdən həşiş daşınması üçünvertolyotlardan istifadə edən cinayətkar dəstənizərərsizləşdirib.

Trend xəbər verirki, bu barədə Reuters məlumat yayıb.

Mülki Qvardiyanın sözçüsü Qonzalo Lopez bildirib ki, 500–900kiloqramadək narkotik daşımaq imkanına malik vertolyotlar Aralıqdənizi üzərindən İspaniyanın cənubuna uçur, daha sonra isə narkotikmaddələr avtomobil yolu ilə Avropanın digər bölgələrinədaşınırdı.

Polisin Malaga, Almeriya və Mursiya əyalətlərində keçirdiyireydlər zamanı təcrid olunmuş anbarda bir vertolyot, həmçinin 657kiloqram həşiş, beş ədəd odlu silah, nağd pul və nəqliyyatvasitələri müsadirə edilib.

Əməliyyatda Mərakeş, Belçika və İsveçin hüquq-mühafizə orqanlarıda iştirak edib. Nəticədə altı nəfər saxlanılıb.

Qeyd edək ki, bu ilin əvvəlində də İspaniya polisi Mərakeşdənölkəyə narkotik daşımaq üçün dronlardan istifadə edən cinayətkarqruplaşmaları zərərsizləşdirmişdi.

Seçilən
105
az.trend.az

1Mənbələr