AZ

Syria TV: ABŞ Palmira üzərində işıqlandırıcı bombalardan istifadə edib

İŞİD yaraqlılarının Palmirada Suriya-Amerika patruluna hücumundan sonra Birləşmiş Ştatlara məxsus döyüş təyyarələri işıqlandırıcı bombalardan istifadə edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

"Amerika təyyarələri şəhərin səmasına işıqlandırıcı bombalar atıblar", - telekanal bildirib.

Bundan əvvəl "SANA" xəbər agentliyi məlumat verib ki, silahlı şəxs Suriya və Amerika hərbçilərinə atəş açıb. Hücum edən yaraqlı hadisə yerində öldürülüb. Pentaqon iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin həlak olduğunu, daha bir neçəsinin isə yaralandığını bildirib.

Seçilən
32
far.az

1Mənbələr