AZ

Tramp: Universitetdə baş verən atışmada şübhəli tapılmayıb

BAKI, 14 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində baş verən atışmada şübhəli şəxsin hələ tutulmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

Qeyd edək ki, Tramp bundan əvvəl şübhəlinin həbs olunduğunu elan etmiş və “FTB-nin hadisə yerində olduğunu” bildirmişdi.

Seçilən
57
teleqraf.com

1Mənbələr