“Qəbələ”nin braziliyalı legiioneri Eduardo Kunde ölkəsinin mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin son matçlarında qələbə hədəflədiklərini deyib.
O, Premyer Liqanın 13-cü turunda “Araz-Naxçıvan” üzərində qələbənin komandaya əlavə ruh yüksəkliyi verdiyini söyləyib:
“İli yüksək notlarla başa vurmaq vacibdir. Buna görə də son iki qələbə özünəinamımızı artırmaqda böyük rol oynadı.
Qış fasiləsindən əvvəl daha iki matçımız olacaq. Hər iki qarşılaşmada qələbə qazanmağı ümid edirik və komanda yoldaşlarıma kömək etmək üçün meydana qayıtmaq istəyirəm”.