Bakı. Trend:
UEFA Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen”2025-ci il FİFA Qitələrarası Kubokunun finalında Braziliyatəmsilçisi “Flamenqo” ilə qarşılaşacaq.
Trend xəbər verirki, yarımfinal mərhələsində braziliyalılar Afrika ÇempionlarLiqasının qalibi Misirin “Piramids” komandasını 2:0 hesabı iləməğlub ediblər.
Görüşün 24-cü dəqiqəsində müdafiəçi Leo Pereyra “Flamenqo”nuhesabda önə çıxarıb. 52-ci dəqiqədə isə “Yuventus”un sabiqmüdafiəçisi Danilo fərqi iki topa çatdırıb.
Beləliklə, turnirin qalibi dekabrın 17-də keçiriləcək finalqarşılaşmasında müəyyənləşəcək.