BAKI, 14 dekabr. TELEQRAF
Argentina millisinin və "İnter Mayami" komandasının hücumçusu, 38 yaşlı Lionel Messi Hindistanın Kalkutta şəhərindəki 70 min nəfərlik stadionda 21 metrlik heykəlinin açılış mərasiminə qatılıb.
Teleqraf xəbər verir ki, Messi açılışı videoya çəkərək izləyib və 20 dəqiqə sonra stadionu tərk edib.
Biletlərə külli miqdarda pul ödəyən hindistanlı azarkeşlər etiraz olaraq kütləvi iğtişaş törədiblər. Onlar skamyaları sındıraraq meydana atıblar.
Polis tədbir təşkilatçısını saxlayıb və o, pulları geri qaytarmağa məcbur olub.