AZ

45 dəqiqə ürəyi dayanan qadın DANIŞDI

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan və 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılan qadın danışıb.

Metbuat.az xəbər verir ki, 6 uşaq anası Sevinc Əliyeva bildirib ki, bir müddət əvvəl öd kisəsindəki daşa görə əməliyyat olunub:

“Beş gün xəstəxanada yatdım. Səhəri günü çıxacaqdım. Birdən-birə o vəziyyətə düşmüşəm. Həkimlər deyir ki, 45 və 15 dəqiqə 2 dəfə ürəkdayanma olub. 3-4 gündən sonra da özümə gəlmişəm”.

Qeyd edək ki, 45 dəqiqə dayanmadan xəstənin həyatını xilas etmək üçün mübarizə aparan həkim xəstəxananın anestezioloq-reanimatoloqu Jalə Müslümovadır.

Ətraflı APA TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
12
metbuat.az

10Mənbələr