Ajans.az xəbər verir ki, yazıçının sözlərinə görə, nazirlik tərəfindən alınan kitablar dövlət kitabxanalarına paylanmaq məqsədi daşıyır və bu proses illərdir davam edir. O bildirib ki, bəzi nəşriyyatlardan 100 min, 80 min və 50 min manatlıq, ayrı-ayrı yazıçılardan isə 10 min, 8 min, 7 min, 5 min və 4 min manatlıq kitablar alınıb. Yazıçı qeyd edir ki, aktyor Bəhram Bağırzadədən 9 min 500 manatlıq, özündən isə 4 min 500 manatlıq kitab alınıb. Mədəniyyət Nazirliyi onun siyasətə aid olmayan “Səkkizinci gün” və “Əlqəmə” romanlarından hərəsindən 150 nüsxə alıb və bu, ümumilikdə 4 500 manat təşkil edib. Bu məbləğin 900 manatı vergi kimi ödəniləcək, nəticədə 3 600 manat gəlir qalacaq. O əlavə edib ki, nazirlik ona hər hansı ödənişi qarşılıqsız etməyib, yalnız kitab alışı həyata keçirilib.