Xəbər verdiyimiz kimi, futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla yadda qalıb.
"Cebheinfo.az" xəbər verir ki, Kələkətə şəhərində onun iştirakı ilə keçirilən tədbir zamanı azarkeşlər gözləntilərinin doğrulmamasına etiraz ediblər.
TASS-ın məlumatına görə, baş verən hadisələrlə əlaqədar Hindistan polisi tədbirin əsas təşkilatçısı Satadru Duttanı saxlayıb və onun həbs olunacağını bildirib.
Həmçinin qeyd edilib ki, satılan biletlərin pulu azarkeşlərə geri qaytarılacaq.
"Cebheinfo.az"