AZ

PSJ-nin rəqibi “Flamenqo” oldu

FIFA Qitələrarası Kubok 2025-in finalında UEFA Çempionlar Liqasının hazırkı qalibi PSJ Braziliya təmsilçisi “Flamenqo” ilə üz-üzə gələcək.

90deqiqe.Az-ın məlumatına görə, yarıfinalda “Flamenqo” Misirin Afrika Çempionlar Liqasının qalibi “Piramidz”i 2:0 hesabı ilə məğlub edib.

24-cü dəqiqədə müdafiəçi Leo Pereira hesabı açıb, 52-ci dəqiqədə isə “Yuventus”un keçmiş oyunçusu Danilo komandasının üstünlüyünü artırıb.

1/4 final mərhələsində isə “Flamenqo” Meksikanın “Krus Asul” klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Turnirin qalibi final matçında, 17 dekabr çərşənbə günü müəyyənləşəcək.

Seçilən
38
90deqiqe.az

1Mənbələr