AZ

“Qrizmann klubun əfsanəsidir”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Antuan Qrizmannın “Valensiya”ya qarşı oyundakı performansını yüksək qiymətləndirib.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, təcrübəli mütəxəssis fransalı hücumçunun vurduğu qolu xüsusi vurğulayıb.

“Qol vuranda əllərimi göyə qaldırdım, çünki onun istedadına görə minnətdarlıq hiss edirəm. Bu, inanılmaz qol idi: Pubildən möhtəşəm ötürmə, qəbul, zərbə, hərəkət – hər şey ən yüksək səviyyədə idi. O, əbədi futbolçudur, fərq yaradan oyunçudur. Biz onunla hər gün ünsiyyətdəyik, çünki meydanda olduğu istənilən anda komanda üçün çox vacibdir. Belə çıxışlar etdikdə tam layiq olduğu səviyyəyə yüksəlir – klubun əfsanəsi, klubun ən yaxşı bombardiri. Antuana yalnız sonsuz təşəkkürümü bildirə bilərəm”

Qeyd edək ki, “Atletiko” dekabrın 13-də La Liqa matçında evdə “Valensiya”nı 2:1 hesabı ilə məğlub edib.

Seçilən
25
90deqiqe.az

1Mənbələr