İtaliya mətbuatında sensasion iddia ortaya atılıb.
Fanat.Az xəbər verir ki, “Milan” klubu hücum xəttini gücləndirmək üçün Robert Levandovskini transfer siyahısına daxil edib.
Bildirilir ki, “rossonerilər” son illərdə təcrübəli və yaşca böyük futbolçulara üstünlük verir və Levandovskinin liderlik keyfiyyətləri bu planlara tam uyğundur.
37 yaşlı forvard bu mövsüm 17 matçda 8 qol və 1 asistlə yadda qalıb. Onunla Türkiyə nəhəngi "Fənərbağça"nın da maraqlandığı bildirilir.
Transferin reallaşıb-reallaşmayacağı isə mövsümün gedişindən asılı olacaq.
Kamil Xudiyev