Rusiya Qara dənizdə Türkiyənin "Viva" gəmisinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gəminin göyərtəsində 11 Türkiyə vətəndaşı olub. Gəmiyə Rusiya PUA-sı zərbə endirib. Hücum zamanı ekipajın xəsarət almadığı və gəminin Misirə təyinat yerinə doğru getdiyi bildirilib.
Qeyd edək ki, dekabrın 12-də axşam saatlarında Ukraynanın Odessa limanında Türkiyəyə məxsus yük gəmisinə endirilən aviazərbə nəticəsində yanğın baş verib.