AZ

Belarus təəccüb içində: Lukaşenko Trampa verdiyi sözü tutdu

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 123 nəfər məhbusun əfvi barədə sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu qərar ABŞ Prezidenti Donald Trampla əldə olunmuş razılaşma və onun xahişi əsasında qəbul edilib.

Bildirilir ki, əfv addımı kalium sənayesinə qarşı tətbiq olunan qanunsuz sanksiyaların ləğvi ilə əlaqədardır.

Azad edilənlər arasında müxalifət lideri Mariya Kalesnikava, sabiq prezidentliyə namizəd Viktar Babarıka və 2022-ci il Nobel Sülh Mükafatı laureatı Ales Belyatski də var.

Məlumata görə, əfv olunan şəxslər artıq Belarusdan çıxarılıb. Kalesnikava, Babarıka və bir sıra digər şəxslər Ukraynaya aparılıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
globalinfo.az

1Mənbələr