AZ

“Qarabağ”ın rəqibi minimal hesabla qələbə qazanıb - VİDEO

Almaniya Bundesliqasının 14-cü turunda “Ayntraxt Frankfurt” və “Auqsburq” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “qartallar” 1:0 hesablı qələbə qazanıblar. Qarşılaşma “Frankfurt Arena”da (Frankfurt) baş tutub.

Matçın yeganə qolunu 68-ci dəqiqədə Ritsu Doan vurub.

Bu oyundan sonra “Ayntraxt Frankfurt” 24 xalla Almaniyanın yüksək liqasında beşinci, “Auqsburq” isə 13 xalla 15-ci yerdədir.

Növbəti turda “qartallar” dekabrın 20-də “Hamburq”la, “Auqsburq” isə həmin gün “Verder Bremen”lə qarşılaşacaq.

“Ayntraxt Frankfurt” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar 2026-cı il yanvarın 21-də Bakıda oynayacaqlar.

İdman.Biz

Seçilən
41
1
idman.biz

2Mənbələr