AZ

“Türkiyənin F 35 ə qayıdışı strateji balans tələb edir”

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Türkiyənin F-35 proqramında yenidən iştirakı məsələsi Ankaranın geosiyasi seçimləri ilə birbaşa bağlıdır”.

Bunu AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Politoloq xatırladıb ki, Türkiyə 2019-cu ilə qədər F-35 proqramının aktiv iştirakçılarından biri olub və həm satınalma, həm də istehsal prosesində mühüm mövqeyə malik idi:

“Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması ABŞ tərəfindən ciddi diplomatik və hərbi təzyiqlərlə qarşılandı. Nəticədə Ankara F-35 proqramından kənarlaşdırıldı ki, bu da Türkiyənin hərbi aviasiya potensialına və regional təhlükəsizlik balansına ciddi təsir göstərdi. Hazırda ABŞ-ın irəli sürdüyü əsas şərt Türkiyənin S-400-lərdən imtina etməsidir və bu, faktiki olaraq F-35 proqramına qayıdışın əsas açarıdır.F-35 qırıcıları Türkiyə üçün təkcə müasir döyüş təyyarələri deyil, eyni zamanda ölkənin hava qüvvələrinin gücləndirilməsi və regional müdafiə imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyır.Türkiyənin S-400-lərdən imtina etməsi üçün bir neçə real alternativ mövcuddur.Əsas variant ABŞ və NATO ilə münasibətlərin normallaşdırılması və F-35 proqramına geri dönüşdür. Bu, gələcəkdə Türkiyənin daha müasir hərbi texnologiyalara çıxış imkanlarını da artıra bilər. Eyni zamanda, Ankara ABŞ və Avropa ölkələrindən alternativ hava hücumundan müdafiə sistemləri əldə etməyi də nəzərdən keçirir.Türkiyə paralel olaraq yerli hərbi sənaye layihələrinə xüsusi önəm verir.TF-X qırıcı proqramı və yerli hava müdafiə sistemləri Türkiyənin daha müstəqil hərbi potensial formalaşdırmaq məqsədinə xidmət edir. Lakin bu layihələrin tam gücü ilə işə düşməsi zaman tələb edir.S-400-lərdən imtina Moskva ilə hərbi əməkdaşlıqda müəyyən zəifləməyə səbəb ola bilər.

Bununla yanaşı, enerji sahəsində əməkdaşlıq, xüsusilə Akkuyu Atom Elektrik Stansiyası kimi strateji layihələr iki ölkə arasında münasibətlərdə müəyyən balansın qorunmasına imkan verir”.

R.Bayramov vurğulayıb ki, Türkiyə bu prosesdə çevik və balanslı siyasət yürütməlidir: “Ankaranın ABŞ və Rusiya arasında düzgün balans tapması Türkiyənin gələcək geosiyasi strategiyasının əsasını təşkil edəcək”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
icma.az

1Mənbələr