ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Almaniya və Norveç 2029-cu ilə qədər 75–100 peykdən ibarət yeni Avropa kosmik kəşfiyyat şəbəkəsi yaratmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə SpaceNews nəşri məlumat yayıb.
Layihə Norveçin Kongsberg və Almaniyanın Helsing şirkətlərinin iştirakı ilə həyata keçiriləcək. Peyklərin istehsalını Norveç, onların süni intellekt sistemləri ilə təchiz olunmasını isə Almaniya həyata keçirəcək.
Layihə iştirakçılarının sözlərinə görə, bu yeni orbital qrup Avropanın artan müdafiə tələbatına cavab kimi yaradılır və ABŞ-dan asılı olmadan kəşfiyyat məlumatlarının əldə edilməsi ilə regionun strateji müstəqilliyini gücləndirəcək.
Sistemin hazırlanmasına həmçinin Almaniyanın Hensoldt şirkəti (radarlar, radio və optik sensorlar təqdim edəcək) və Isar Aerospace startapı da cəlb olunub. Sonuncu şirkət peyklərin orbitə çıxarılmasını təmin edəcək.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.