Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Mənim fikrimcə, bu prosesləri yaxşı izah etmək lazımdır. Başqa sözlə, tariximizi yaxşı başa düşməliyik. Əlbəttə ki, bu məsələni izah etmək üçün tarixi yaxşı bilən insanlar, akademiklər, elm adamları və hətta bu məsələ ilə bağlı siyasətçilər onu beynəlxalq aləmdə təbliğ etməlidirlər”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım danışıb.
Şamil Ayrım / Foto: Orxan, Bizimyol.info
İstanbul millət vəkili vurğulayıb ki, 1828-ci ildə İrəvan Azərbaycan torpaqları idi, orada əksər hissəsi azərbaycanlılar olan müsəlman bir kütlə vardı: “Osmanlı-rus, Osmanlı-İran müharibələrindən sonra bölgənin demokratik quruluşu dəyişdi. 1828-ci ildən etibarən ruslar cənubdakı bəzi xanlıqları əllərində saxladılar. İran tərəfi şimal xanlıqlarını əlində saxladı. Gəncə, Şəki və Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil edildi. Müstəqil Ermənistan dövləti yarananda əhalisinin böyük bir hissəsi erməni olan bir kütlə yarandı”.
Şamil Ayrım qeyd edib ki, Ermənistan heç bir zaman Azərbaycan torpaqlarına və xalqına qarşı səmimi davranmayıb: “Qətliamlar bir-birinin arxasınca törədilib. 1905, 1918, 1942-ci illərdə həyata keçirilən soyqırımları, 1993-cü ildə Xocalı qətliamı və s. günümüzə qədər davam etdi”.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.