AZ

Rusiyada təyyarə qəzası olub, xəsarət alan var

Yüngül mühərrikli təyyarə Moskva ətrafı ərazidə, Novinki aerodromunda qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Məlumata görə, təyyarədə iki nəfər olub. Onlardan biri qəzada xəsarət alıb, digərinin ilkin məlumata görə zədələnmədiyi bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Kareliyada qəzaya uğramışdı. Təyyarə meşə massivinə, Lososinskoye gölünün yaxınlığında düşmüşdü.

Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr