Hindistanın Kalkutta şəhərindəki Solt Leyk stadionunda Argentina millisinin futbolçusu Lionel Messinin iştirakı ilə keçirilən tədbirin təşkilatçısı futbolçunun azarkeşlərinin tədbirdə qarışıqlıq yaratmasına görə saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə ANI məlumat yayıb.
Qərbi Benqal naziri Mamata Banerci sosial mediada yazıb:
"Bu xoşagəlməz hadisəyə görə Lionel Messidən və bütün idman azarkeşlərindən və tərəfdarlarından səmimi qəlbdən üzr istəyirəm".
Dekabrın 12-də Messi ona həsr olunmuş 20 metrlik heykəlin açılış mərasimi üçün Hindistana uçub. Tədbir Solt Leyk Stadionunda baş tutub. Messi heykəlin açılışını video bağlantı vasitəsilə izləyib. Daha sonra təhlükəsizlik və polisin müşayiəti ilə stadion meydançasında gəzərək tribunalara əl yelləyib və 20 dəqiqə sonra arenanı tərk edib.