ain.az bildirir, Axar.az portalına istinadən.
Martın 10-da imzalanan saziş yeni, demokratik və mərkəzləşdirilməmiş (desentralizasiya – red) Suriyanın qurulması üçün tarixi bünövrə təşkil edir və beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.
Axar.az xəbər verir ki, bunu Suriyada mövcud olan SDQ/YPG terror təşkilatının komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin deyib.
O iddia edib ki, qonşu ölkələrin (konkret ad çəkməyib – red) SDQ-yə münasibətində dəyişiklik olub:
“Onlar artıq SDQ-yə qarşı əvvəlki kimi düşmənçilik etmirlər. SDQ-nin mövcudluğu artıq müharibə üçün bəhanə deyil. Biz mərkəzləşdirilməmiş Suriya istəyirik. Raqqa, Hasekə və Deyr əz-Zor mərkəzsizləşdirmə yolu ilə idarə olunmalıdır”.
Qeyd edək ki, Türkiyə mediası Fərhad Abdi Şahinin bu açıqlaması ilə SDQ-nin buraxılmayacağını eyham vurduğunu yazır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.