AZ

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazandı

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazandı

Azərbaycan boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

QOL.az xəbər verir ki, mundialın sonuncu günündə rinqə çıxan yeganə Azərbaycan təmsilçisi Sübhan Məmmədov final görüşünü keçirib. O, final qarşılaşmasında Rusiya təmsilçisi Edmond Xudayanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub. Onlardan səkkizi yarışı medalsız başa vurub. Daha iki idmançı – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) – bürünc medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
17
qol.az

10Mənbələr