“Bayraktar AKINCI” pilotsuz uçuş aparatına ineqrasiya edilən ASELSAN şirkətinin ASELFLIR-600 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sisteminin tam performans uçuş sınağı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.
HALE sinifli PUA-lar üçün nəzərdə tutulan yeni nəsil ASELFLIR-600 sistemi, ASELFLIR 500-ün uğurundan ilhamlanaraq hazırlanıb. Yeni nəsil sistem 25 düymlük daha böyük bir gimbal, genişləndirilmiş diafraqma və çoxspektrli optika ilə təchiz olunub. Süni intellektlə dəstəklənən obyekt tanıma, HD çoxzolaqlı sensorlar və geniş mənzilli lazer modulu ilə ASELFLIR-600 çətin şəraitlərdə belə yüksək aşkarlama, tanıma və identifikasiya (DRI) performansı təmin edir.