Bakı. Trend:
Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik ArifPaşayev ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya üzrə ticarətelçisi Lord Con Olderdaysla görüşüb.
Trend xəbər verir ki, görüşdəBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld,“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev,Britaniya səfirliyinin nümayəndələri Aleks Tyurrel və Elvin Rzayev,MAA-nın prorektorları Ədalət Səmədov və Gülnarə Əhmədova, TəlimMərkəzinin baş direktoru Aqil Heydərov iştirak ediblər.
Akademik Arif Paşayev qonaqları səmimi salamlayaraq, AzərbaycanRespublikası ilə Böyük Britaniya arasında neft-qaz sahəsindəkibirgə əməkdaşlığı dünya miqyasında bir nümunə kimi qiymətləndirib.Söhbət zamanı Böyük Britaniya şirkətlərinin AZAL, Silk Way Holdingvə Milli Aviasiya Akademiyası ilə çoxillik səmərəli əlaqələribarədə danışılıb. Akademik Arif Paşayev bildirib ki, 2000-ciillərdə Azərbaycan Boeing 757 təyyarələrinin istismarına başladıqdaAZAL və MAA-nın Böyük Britaniyanın Rolls-Roys şirkəti ilə sıxişbirliyi qurulub.
AZAL-ın prezidenti Samir Rzayev Böyük Britaniya ilə olan sıxəlaqələrdən danışaraq qeyd edib ki, bu əlaqələrin əsasını Bakı iləLondon arasındakı birbaşa təyyarə reysləri ilə yanaşı, uçuşlarıntəhlükəsizliyinin idarə olunmasında, naviqasiya sistemlərinin vəaeroportların əməliyyat strukturlarının təkmilləşdirilməsində,təyyarələrin uçuş yararlığının saxlanılmasında və digər vacibməsələlərin həllində Azərbaycan ilə Böyük Britaniya şirkətləriarasındakı birgə əməkdaşlıq təşkil edir.
Daha sonra akademik Arif Paşayev 2009-2010-cu illərdə MAA-daBöyük Britaniyanın Thales şirkətinin istehsalı olan Airbus A320,Boeing 757/767 və ATR 42/72 hava gəmilərinin uçuş simulyatorlarıquraşdırıldığını qeyd edib. Son 2 ildə Acron Aviation (əvvəlkiThales və L3 Harris) şirkətinin daha 3 trenajoru - Boeing777-200LR/F/300ER, Boeing 787-9 təyyarələrinin simulyatorları vəAirbus A320 təyyarəsinin FPT (Flat Panel Trainer) prosedurtrenajoru MAA-da quraşdırılıb.Akademiyanın Təlim Mərkəzində hazırdafəaliyyət göstərən 8uçuş simulyatorundan 5-i Acron Aviationşirkətinə məxsusdur. Qeyd olunub ki, MAA-nın uçuş trenajorlarınınilk beynəlxalq sertifikasiyası da məhz İngiltərənin mülki aviasiyaagentliyi tərəfindən həyata keçirilib. Bunlarla yanaşı AZAL, SilkWay Holding və MAA mütəxəssisləri Böyük Britaniya şirkətlərindəuçuş və texniki heyətin, təlimatçıların, mühəndislərin, peşəkaringilis dili müəllimlərinin hazırlığı və digər təlimlərdə iştirakedib. Söhbət zamanı qonaqlara Akademiyanın infrastrukturu,beynəlxalq əlaqələri, fakültə və kafedraları, ixtisasları, tələbəvə məzunları, elmi tədqiqat və təlim-tədris prosesi haqqında genişməlumat verilib. Bir sıra ixtisas proqramlarının hazırlanmasındaBöyük Britaniyanın Kinqston və Qrenfild universitetlərinintəcrübəsindən istifadə edildiyi qeyd olunub.
Tərəflər Azərbaycan aviasiyasının inkişaf istiqamətləri, BöyükBritaniya ilə mövcud əməkdaşlıq və gələcək perspektivlər barədəfikir mübadiləsi aparıblar. Daha sonra qonaqları maraqlandıransuallar cavablandırılıb. Lord Con Olderdays və Səfir Fergus AuldMAA-da olduqlarlarından məmnunluq bildiriblər.
Sonra qonaqlar Milli Aviasiya Akademiyasının Təlim MərkəzindəAcron Aviation şirkətinin nümayəndələrinin də iştirakı ilə yeniistifadəyə verilmiş Boeing-787 simulyatorunda yaradılan təlimşəraiti ilə tanış olublar.