AZ

Rusiya ilə bağlı qəribə qadağa: Bu gündən...

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası rusiyalı musiqi ifaçılarının ölkədə yayım xidmətlərindən istifadəsini dayandırmaq qərarına gəlib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukraynanın “İnterfaks” agentliyi məlumat yayıb. 

Ali Radanın musiqi sənayesi üzrə alt komitəsinin rəhbəri Aleksandr Sançenkonun sözlərinə görə, ilkin olaraq Rusiyadan 120 ifaçının qarşısının alınması prosesi başlayıb. 

“Açıq “Google” forması yaratdıq və kömək üçün musiqi mediasına müraciət etdik. Sənətçilərin siyahısını əlavə etdik və Ukrayna Təhlükəsizlik Xidmətinə təqdim etdik”, - Sançenko belə deyib. 

Mənbənin məlumatına görə, rusiyalı sənətçilərin əsərləri “Spotify”, “Apple Music” və Ukraynada fəaliyyət göstərən digər platformalarda ictimaiyyətə açıq olmayacaq.

Bundan əvvəl Ukrayna Televiziya və Radio Yayımları üzrə Milli Şurası rusdilli mahnıları bloklayacağını açıqlanmışdı.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr