AZ

Satıcılıqdan Ağ Evə uzanan hekayə Siyahı

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

İngilis mediası bir çox mə.hurun keçmiş həyatı ilə indikini qarşılaşdırıb.

Axşam.az həmin siyahını təqdim edir:

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, nişanlısı Corcina Rodrigez bir vaxtlar mağazada satıcı işləyib. O, "Gucci" brendinin mağazasında olarkən Ronaldo ilə tanış olub. Həmin gündən onun həyatı dəyişib. Hazırda Corcina Ağ Evdə belə önəmli qonaq kimi yer alan mühüm insana çevrilib.

Hollivudun məşhur ulduzu Meqan Foksun da həyatı nağılları xatırladan bir dönüşümə sahibdir. Meqan şirə mağazasında meyvə suyu satmaqla məşğul olub. 13 yaşında model olan aktrisanın həyatı dəyişib. Hazırda dünyanın milyonçuları siyahısında yer alır. 

Bir vaxtlar "Hilton" hotellər şəbəkəsinin varisi Peris Hiltonun prodüseri işləyən Kim Kardaşyan hazırda dünyanın ən yüksəkqonorarlı blogeridir. 

Müğənni Ledi Qaqa həyatda qalmaq üçün barlarda ofisian çalışıb. Daha sonra təhsilini ataraq musiqiçi olmaq üçün çalışmağa başlayır. Hazırda o, "Oskar" sahibli bir müğənnidir. 

"MrBeast" kimi tanınan Cimmi Donaldson dünyanın ən çox qazanan yutuberidir. Bir vaxtlar isə oxuduğu kollecdən belə qovulan bir uşaq olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
1
axsam.az

2Mənbələr