Avqust ayında özündən 40 yaş kiçik Gülseren Ceylanla nikaha girən tanınmış şoumen Mehmet Ali Ərbilin ailə həyatı uzunömürlü olmayıb. Məlumata görə, cütlük artıq boşanma mərhələsinə qədəm qoyub.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, G.Ceylan təxminən bir həftə əvvəl birgə yaşadıqları evi tərk edib.
Bu addımdan sonra Mehmet Ali Ərbil hüquqi prosesin başlanması üçün vəkili Şeyda Yıldırıma rəsmi etibarnamə verib. Boşanma ilə bağlı sənədlərin yaxın günlərdə məhkəməyə təqdim ediləcəyi bildirilir.
Türkiyə qanunvericiliyinə əsasən, onlar evliliklərinin bir ili tamam olmadığı üçün qarşılıqlı razılaşma əsasında ayrılmaları mümkün deyil. Bununla yanaşı, nikahdan əvvəl imzalanmış mal ayrılığı müqaviləsi səbəbindən tərəflər arasında hər hansı maddi tələb gündəmə gəlməyəcək.
İddialara görə, münasibətlərin pozulmasına əsas səbəb yaş fərqinin yaratdığı fikir ayrılığı və davam edən gərginliklər olub.
Qeyd edək ki, bu, Mehmet Ali Ərbilin altıncı evliliyidir. Şoumen bir müddət əvvəl həyat yoldaşı ilə bağlı təhqirə və maddi zərər vurma iddiaları ilə məhkəməyə müraciət etmişdi.
Əsmətxanım
Telegram kanalımız