"Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi. Layihələndirmə normaları" təsdiq olunub.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, bina və qurğunun hər hansı bir mərtəbəsinin yükdaşıyan konstruksiyalarını hesablayarkən yerli dağılma zonası hündürlüyü 75 m-ə qədər olan bina və qurğular üçün sahəsi 28 m2-dən (diametri 6 m), hündürlüyü 75 m-dən 200 m-ə qədər olan bina və qurğular üçün sahəsi 80 m2-dən (diametri 10 m) və hündürlüyü 200 m-dən çox olan bina və qurğular üçün sahəsi 100 m2-dən (diametri 11.5 m) kiçik olmayan dairə ilə müəyyən ediləcək.
Həmçinin yerli dağılma zonası qurğunun istənilən hissəsində yerləşə bilər və bütün qurğunun getdikcə artan dağılmasına gətirib çıxarmamalıdır:
- sahələrdə kəsişən divarlar onların kəsişmə yerindən (əsasən binanın küncündən) hər bir divarda olan yaxınlıqdakı boşluğa qədər və ya digər istiqamətdəki divarın növbəti şaquli birləşməsinə qədər və ya göstərilən ölçü sahəsində (dairənin mərkəzi divarların kəsişmə yerində yerləşdikdə);
- ayrıca dayanan divarın kənarından yaxın boşluğa qədər və ya göstərilən ölçü sahəsində (dairənin mərkəzi divarların kəsiyinin ağırlıq mərkəzləri ilə eyni olduqda);
- sərtlik özəyi və ya göstərilən ölçü sahəsində yerləşən divarın tərəflərinə bitişik olmaqla sütunlar (pilonların) (dairənin mərkəzinin sütunlardan (pilonlardan) birinin kəsiyinin ağırlıq mərkəzində olduqda).
Birmərtəbəli sənaye binalarından, biraşırımlı binalarda iki bitişik addımlar olan hissədə, çoxaşırımlı binalarda isə bitişik aşırımlar olan hissədə yükdaşıyan konstruksiyanın dağıdılmasına və ya çıxarılmasına baxılmalıdır.
Böyükaşırımlı bina və qurğular üçün yerli dağılma qismində yükdaşıyan elementlərdən birinin dağılmasına, digər hallarda isə binanın tipindən asılı olaraq layihə tapşırığına uyğun olaraq (lakin bir yükdaşıyan elementdən az olmayaraq) baxılmalıdır.
Bina və qurğuların getdikcə artan dağılmaya qarşı dayanıqlılığının qiymətləndirilməsi üçün daha təhlükəli yerli dağılmaya baxılmalıdır.
Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi daha səmərəli vasitələrlə təmin edilməlidir:
- memarlıq-planlaşdırma həlləri işlənilərkən qəza nəticəsində yaranan təsirlərdən yerli dağılmanın yaranması mümkünlüyü nəzərə alınmalıdır;
- çoxmərtəbəli bina və qurğularda konstruksiyanın statik həll olunmamazlıq dərəcəsinin artırılması kimi konstruktiv tədbirlər tətbiq olunmalıdır (konstruksiyanın kəsilməzliyinin artırılması, oynaq birləşmələrinin azaldılması);
- konstruksiya elementlərində və onların birləşmələrində plastik deformasiyaların inkişafını təmin edən materiallar və konstruktiv həllər tətbiq olunmalıdır.
Müxtəlif konstruktiv sistemli bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi üzrə konstruktiv tədbirlər
Həmçinin bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsinin əsas konstruktiv tədbirləri müəyyənləşib:
- yerli dağılmaya gətirib çıxaran qəzanın xüsusi təsirlərində konstruktiv elementlərin və onların arasında birləşmələrinin zəruri yükdaşıma qabiliyyətinin təmin edilməsi;
- konstruktiv elementlərin birləşmələrində plastik deformasiyaların inkişafının təmin edilməsi;
- dilçək (şponka) birləşmələrində ayrıca dilçəklərin kəsilməyə möhkəmliyinin onların əzilməyə möhkəmliyindən 1.5 dəfə yuxarı olmasının təmin edilməsi;
- bolt birləşmələrində ayrıca boltların kəsilməyə möhkəmliyinin onların əzilməyə möhkəmliyindən 1.1 dəfə çox olmasının təmin edilməsi;
- həddi halda qaynaq birləşmələrinin plastik işinin AzDTN 2.18-1-ə və AzDTN 2.16-1-ə uyğun olaraq təmin edilməsi;
- armaturun sürüşmə və dartılma rabitəsi kimi işində ankerlənmə zonasının kifayət olan uzunluğunun AzDTN 2.16-1-ə uyğun olaraq təmin edilməsi;
- həddi hallarda qapı, pəncərə və digər boşluqlar üzərində atmaların, tirlərin, rigellərin, tavaların kəsiklərinin kəsilmədə deyil, əyilmə üzrə dağılmasının təmin edilməsi.
Həmçinin kərpic bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- binanın perimetri üzrə hər mərtəbədə boşluqüstü atmanın üstü və mərtəbəarası örtüyün aşağısı arasında armaturlanmış divar kəməri qurulmalıdır. Əgər mərtəbəarası örtüyün aşağısı boşluqüstü atmanın üstü ilə eyni olarsa, onda atmalar monolit dəmir-betondan hazırlanmalı və xarici və ya daxili divarların bütün konturu boyunca qırılma olmadan antiseysmik tipli monolit dəmir-beton kəmər quraşdırılmalıdır. Hörgünün və monolit kəmərin armaturunun tələb olunan sahəsi hesablama ilə təyin olunmalıdır;
- daxili yükdaşıyan kərpic divarların və xarici yükdaşıyan divarların daxili qatının qalınlığı hesablama ilə, lakin 380 mm-dən az olmayaraq qəbul edilməlidir;
- sonuncu mərtəbə örtüyü ilə mərtəbəarası örtük disklərinin möhkəmliyini təmin edən sonuncu mərtəbə örtüyü və mərtəbəarası örtük plitələri arasında boyuna və eninə istiqamətlərdə rabitələr nəzərdə tutulmalıdır.. Bu halda rabitələr hesablamalar nəticəsində AzDTN 2.17-1-in tələblərinə uyğun olaraq təyin olunan, lakin bu Normaların 8.3-cü bəndində göstərilənlərdən az olmayan qüvvəni qəbul edib layihələndirilməlidir;
- mərtəbəarası örtüklərdə gizli tirlərin qurulması və mərtəbəarası örtük tavalarında əlavə armaturların qoyulması nəzərdə tutulmalıdır.
Müxtəlif təyinatlı birmərtəbəli və çoxmərtəbəli karkas bina və qurğularda TNvəQ 2.09.04, AzDTN 2.7-2 və AzDTN 2.8-2 normativ sənədləri ilə tənzimlənən tətbiqi mümkün olan tələblərindən başqa digər konstruktiv tədbirlər.
"Cebheinfo.az"