AZ

Premyer Liqa: “Zirə” və “Sabah”ın səfər sınağı

Azərbaycan Premyer Liqasında XV tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 17 xalla 7-ci, qonaqlar 27 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Bu oyun saat 16:30-a təyin edilib. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 24 xalla 5-ci, Bakı təmsilçisi 28 xalla ikincidir.

 

Premyer Liqa

XV tur

13 dekabr

 

14:00. “Şamaxı” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı şəhər stadionu

 

16:30. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Tovuz şəhər stadionu

 

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.

Seçilən
23
11
msport.az

10Mənbələr