AZ

Burnunu kəsdirən qadın cərrah Seymur Əliyevdən şikayətçi oldu

Rusiyada uğursuz plastik əməliyyatla bağlı maraqlı hadisə baş verib.

Publika.az "Baza"ya istinadən xəbər verir ki, Ufa sakini olan İrina adlı qadın məşhurlar üzərində əməliyyatlar aparması ilə tanınan cərrahdan şikayətçi olub. O, iddia edib ki, ulduzları əməliyyat etmiş cərrah onun burnunu eybəcər hala salıb.

Qadın burnunu kəsdirərək qısaltmağı və əyrilikləri düzəltdirməyi planlaşdırırmış: "O, bu iş üçün Moskvada yaşayan mütəxəssis Seymur Əliyevi seçib".

Nəşr bildirir ki, İrinanın Seymuru seçiməsinə səbəb məşhurların ona əməliyyat etdirməsi olub. Məsələn, Aiza, Rita Dakota və məşhur bloqçular bu cərrahın əməliyyat masasına uzanıblar.

Zərərçəkmişin sözlərinə görə, onunla heç bir rəsmi müqavilə imzalanmayıb. Bundan əlavə, o, rinoplastika üçün 900.000 rubl nağd pul ödəyib, lakin heç vaxt qəbz almayıb.

Seçilən
71
publika.az

1Mənbələr