AZ

Şarja-Bakı reysində qanunsuz malların gömrükdən keçirilməsi qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələr, mobil telefonlar, fotoaparat və digər malların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının çantalarına gömrük baxışı aparılıb. Nəticədə gömrük orqanına bəyan edilməyən 2 mobil telefon, 3 fotoaparat, 10 800 ədəd xarici markalı siqaret, 16 elektron siqaret, 10 qida əlavəsi, “Dyson” markalı saç feni və digər mallar aşkar edilib.

Sərnişinin özünü şübhəli aparması səbəbindən “Body-Scan” cihazı vasitəsilə əlavə yoxlama aparılıb. Nəticədə onun ayaqqabılarından, gödəkçəsinin ciblərindən və mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş ümumilikdə 90 qram qızıl külçə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-17656134694678916596_1200x630 image-17656134696088923315_1200x630 image-17656134692689558578_1200x630 image-1765613469707530728_1200x630

Seçilən
32
2
dogru.az

10Mənbələr