AZ

Hindistan polisi Messiyə görə toplaşan fanatlara güc tətbiq edib

ain.az, sport24.az saytına istinadən bildirir.

Polis əməkdaşları Argentina millisinin hücumçusu və kapitanı Lionel Messinin qaldığı otelin qarşısında toplaşan izdihamı dağıtmaq üçün güc tətbiq edib. Sport24.az xəbər verir ki, bu barədə ANI agentliyi  "X" sosial media səhifəsində paylaşım edib. 

Mənbənin sözlərinə görə, polis həmçinin Kəlkütt şəhərindəki "Solt Leyk" stadionunda vandalizmə yol verən izdihamı da güc hesabına dağıdıb. Azarkeşlər Messinin gəlişini qeyd edən tədbirin təşkilindən narazı qalıblar. Oyunçu stadionu tərk etdikdən sonra azarkeşlər meydana şüşə və stullar atmağa, maneələri qırmağa başlayıblar.

Qeyd edək ki, Messinin Hindistan turu çərçivəsində Kəlkütt ilə yanaşı, Mumbay, Yeni Dehli və Haydarabad şəhərlərinə də səfər edəcəyi bildirilirdi. Argentinalı ulduz Kəlkütdə şərəfinə ucaldılan 21 metrlik heykəlin açılışında iştirak edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
sport24.az

8Mənbələr