AZ

“Real”ın müdafiəçisi “Qalatasaray”ın hədəfində

“Real”ın müdafiəçisi Antonio Rüdiger Türkiyə Super Liqasına transfer oluna bilər.

İdmanxeber.az xəbər verir ki, “Qalatasaray” almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. “Fanatik” nəşrinin məlumatına görə, baş məşqçi Okan Buruk bu transferin reallaşmasını rəhbərlikdən tələb edib.

Müqaviləsinin bitməsinə 6 ay qalan 32 yaşlı mərkəz müdafiəçisinin yanvar ayında transferi gündəmdədir. Rüdiger bu mövsüm “Real”ın heyətində 10 rəsmi matçda iştirak edib.

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr