Türkiyə Xarici İşlər Nazirliyi Rusiya və Ukraynanı limanlara və dəniz infrastrukturuna hücumları dayandırmağa çağırıb.
Doğru.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, Ankara Rusiya ilə Ukrayna arasında davam edən müharibənin mümkün qədər tez başa çatmasının vacibliyini bir daha vurğulayır və Qara dənizdə eskalasiyanın qarşısını almaq üçün razılaşmanın əldə olunmasının əhəmiyyətini xatırladır.
Məlumata görə, tərəflər eyni zamanda gəmiçilik təhlükəsizliyini təmin etməli, bir-birinin enerji obyektlərinə və liman infrastrukturuna qarşı hücumları dayandırmalıdırlar. Türkiyə bu addımların bölgədə sabitliyin qorunmasına töhfə verəcəyini hesab edir.
DOĞRU.AZ