AZ

Avropaya Rusiyaya qarşı müharibədən çəkinmək çağırışı edilib

Avropa dövlətləri Rusiya ilə hərbi münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidirlər.

Doğru.az xəbər verir ki, bu fikirləri Finlandiyanın milli-mühafizəkar partiyası Azadlıq Alyansının üzvü Armando Mema X sosial şəbəkəsində paylaşıb.

O bildirib ki, Rusiya ilə müharibədən çəkinmək və dialoqu bərpa etmək vacibdir. Siyasətçi eyni zamanda Avropa İttifaqının yenidən silahlanma prosesinin dayandırılmasına çağırıb.

Armando Mema daha əvvəl açıqlamasında qeyd etmişdi ki, Aİ ölkələri Ukrayna ilə bağlı apardıqları siyasi kursun uğursuzluğu səbəbindən yenidən silahlanma yolunu seçiblər.

DOĞRU.AZ

Seçilən
11
1
dogru.az

2Mənbələr