AZ

İngiltərə nəhəngləri 19 yaşlı futbolçuya elçi düşüb

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Leypsiq"in 19 yaşlı vingeri Yann Diomande İngiltərə Premyer Liqası klublarının marağına səbəb olur. İstedadlı kot-d'ivuarlı oyunçunu "Mançester Siti", "Liverpul", "Tottenhem" və "Çelsi" kimi komandalar izləyir. Sport24.az xəbər verir ki, bu barədə insayder və jurnalist Florian Plettenberq sosial media hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, klublardan heç biri transfer danışıqlarında irəliləyiş əldə etməyib. 

Qeyd edək ki, Diomandenin "Leypsiq"lə hazırkı müqaviləsi 2030-cu ilin yayında başa çatır. Almaniya klubu oyunçusunu 100 milyon avrodan ucuz satmaq fikrində deyil. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
sport24.az

1Mənbələr