Tehran hibrid hücumlara qarşı mübarizə sahəsindəki təcrübəsini Moskva ilə bölüşməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı İbrahim Əzizi deyib.
Onun sözlərinə görə, “düşmən” qlobal media da daxil olmaqla müxtəlif vasitələrlə hibrid müharibə aparır və “bütün dünyanı təsiri altına alan bir yalan imperiyası” formalaşdırıb.
“Onlar ictimai rəyə təsir göstərmək üçün saysız-hesabsız yalan və etibarsız məlumatlar yayırlar. Uzun illər davam edən qarşıdurma zamanı biz bu hücumlara qarşı güclü müdafiə sistemi qurmuşuq və lazım gələrsə, bu sahədəki nailiyyətlərimizi Rusiya ilə bölüşməyə hazırıq”, – deyə Əzizi vurğulayıb.