Bakı. Trend:
Hindistanın Qərbi Benqal ştatının Kəlküttə şəhərində yerləşən“Solt Leyk” stadionunda Argentinalı futbolçu Messinin Hindistansəfəri çərçivəsində təşkil olunan tədbir zamanı iğtişaşlaryaşanıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 85 min nəfərlik tribunası olan stadionda canlıfutbol əfsanəsini izləməyə onun minə yaxın fanatı gedib. Tədbirdəiştirak üçün bilet qiymətləri 5,000-25,000 rupi (55 -280 dollar)aralığında dəyişib. Lakin Messi meydana çıxdıqdan sonra onu rəsmişəxslər, tanınmış simalar və digər VIP qonaqlar əhatəyəalıblar.
Nəticədə tribunada olan, Messini canlı görmək üçün böyükməbləğdə pul ödəyən tamaşaçılar futbolçunu görə bilməyiblər.Azarkeşlər narazılıqlarını əvvəlcə qışqırıqlarla ifadə edib, dahasonra meydana butulkalar, stullar və digər əşyalar atmağabaşlayıblar. Təşkilatçılar Messini təcili şəkildə stadiondançıxarıblar.