Hindistanlı azarkeşlər dünya çempionu Lionel Messi ilə Kəlküttədəki "Solt Leyk Stadionu"nda keçirilən görüşün təşkilinə görə qəzəbləniblər.
QOL.az xəbər verilib ki, azarkeşlər tədbirdə iştirak etmək üçün xeyli pul ödəməklərinə baxmayaraq, onun stadionu tez tərk etməsindən narazı qalıblar.
Messinin gedişindən sonra azarkeşlər şüşə və stullar atmağa, hətta maneələri sındırmağa başlayıblar.
Xatırladaq ki, Argentina millisinin hücumçusu həmçinin Kəlküttədə özünün 21 metrlik heykəlinin də açılışını edib. Daha əvvəl xəbər verildiyi kimi, Messi Hindistana səfəri zamanı daha 3 şəhərə - Mumbay, Yeni Dehli və Haydarabada da gedəcək.