AZ

Ərazi güzəşti əvəzinə təhlükəsizlik zəmanətləri

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Ağ Ev ərazi güzəştləri müqabilində Ukraynaya 5-ci maddə üzrə NATO zəmanətləri verməyə hazırdır

Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bazar ertəsi günü Berlində Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya, Fransa və Birləşmiş Krallıq liderləri ilə Ukrayna üçün Amerika sülh planı ilə bağlı razılığa gəlmək üçün görüşəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ ərazi güzəştləri müqabilində Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

Əsas maneə ABŞ-ın Kiyevdən etməsini istədiyi ərazi güzəştləridir.

"Ağ Ev rəsmisi qeyd edib ki, Zelenski cümə axşamı etdiyi ictimai açıqlamalarda Ukraynanın ərazi güzəştlərini özündə ehtiva edən sülh müqaviləsi ilə bağlı referendum keçirə biləcəyini təklif edib. Rəsmi şəxs bildirib ki, ABŞ bunu irəliləyiş kimi görür", - deyə “Axios”a Ağ Ev rəsmisi deyib.

Ağ Ev rəsmisi bildirib ki, bu müzakirələr və cümə axşamı keçirilən ABŞ-Ukrayna danışıqlarının son mərhələsi Trampı Uitkoff və Kuşneri Avropaya göndərməyə inandırmaq üçün kifayət qədər irəliləyiş nümayiş etdirib.

Ağ Evin ikinci rəsmisi bildirib ki, "Onlar sülh üçün şansın olduğuna inanırlar və prezident onlara etibar edir".

Bir rəsmi bildirib ki, Tramp administrasiyası Ukraynaya Konqres tərəfindən təsdiqlənəcək və hüquqi cəhətdən məcburi olacaq 5-ci maddə üzrə NATO zəmanətləri verməyə hazırdır.

ABŞ rəsmisi bildirib ki, "Biz ukraynalılara bir tərəfdən sadəcə boş çeklər olmayan, digər tərəfdən isə kifayət qədər güclü olan təhlükəsizlik zəmanətləri vermək istəyirik. Biz bunu səsvermə üçün Konqresə göndərməyə hazırıq".

O üç ayrı müqavilənin bağlanacağını bildirib: sülh, təhlükəsizlik zəmanətləri və yenidənqurma.

Eyni zamanda, rəsminin sözlərinə görə, müharibədən sonrakı iqtisadi və yenidənqurma paketi üzrə danışıqlar yaxşı irəliləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
ayna.az

1Mənbələr