AZ

Zirə hesabı açdı Yenilənir

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Zirə" hesabı açdı - Yenilənir

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i başlayıb.

Turun açılış qarşılaşmasında "Şamaxı" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 27 xalla 3-cü, bölgə klubu isə 17 xalla yeddinci pillədə qəratlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" doğma stadonda "Sabah"ı sınağa çələcək. 13 oyundan 28 xalı olan paytaxt təmsilçisi turnir cədvəlində ikinci, Tovuz klubu isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"a 2 cavabsız qolla qalib gəlib. 

13 dekabr (şənbə)

14:00. “Şamaxı” - “Zirə” - 0:1 (Birinci hissə)

Qol: Georgi Papunaşvili, 8 (0:1)

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Şamaxı şəhər stadionu

16:30. “Turan Tovuz” - “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu

14 dekabr (bazar)

14:00. “Kəpəz” - “Qəbələ”

17:30. “Qarabağ” – “Araz-Naxçıvan”

15 dekabr (bazar ertəsi) 

14:00. “İmişli” - “Karvan-Yevlax” 

19:00. “Neftçi” - “Sumqayıt”

Bombardirlər:Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qolCoy-Lens Mikels (“Sabah”) - 7 qolToral Bayramov (“Qarabağ”) - 5 qolAleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qolKarim Rossi ("Şamaxı") - 5 qol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
15
qol.az

4Mənbələr