ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
12 dekabr Azərbaycan xalqı üçün yalnız anım günü deyil, müasir dövlətçiliyimizin memarı, milli ideologiyamızın formalaşmasında həlledici rol oynamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram günüdür.
Doğru.az xəbər verir ki, bu fikirləri açıqlamasında “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın ən ağır sınaqlarla üzləşdiyi bir dövrdə misilsiz iradə, siyasi uzaqgörənlik və böyük dövlət xadiminə xas qətiyyət nümayiş etdirərək ölkəni dağılmaq təhlükəsindən xilas edib. Formalaşdırılan strateji kurs Azərbaycanın sabitliyinin, davamlı inkişafının və beynəlxalq nüfuzunun möhkəm təməlini yaradıb.
Elşən Əliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, dövlətçiliyimizin inamla gələcəyə doğru irəliləməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davamlılığının bariz nümunəsidir.
“‘EMEDIA GROUP’ olaraq biz Heydər Əliyevin zəngin ideoloji irsinin təbliğini, dövlətçilik ənənələrinin cəmiyyətə, xüsusilə gənc nəsilə çatdırılmasını fəaliyyətimizin əsas prioritetlərindən biri hesab edirik. Çünki Heydər Əliyev irsi Azərbaycançılıq məfkurəsinin ən güclü dayağı və gələcəyimizə işıq salan strateji meyardır”, – deyə təşkilat sədri vurğulayıb.
Sonda Elşən Əliyev Ulu Öndərin xatirəsi qarşısında dərin ehtiramla baş əydiklərini bildirib:
“Allah rəhmət eləsin”.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.