AZ

Binəqədidə boru partladı: tullantı suları ətrafı basdı, “göl” yarandı – 10 ailə… / VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi yolsuzluqdan əziyyət çəkən sakinlər daha böyük problemlə üzləşiblər.

NOCOMMENT.az xəbər verir, Tomris küçəsində kanalizasiya borusu partlayıb. Kanalizasiya xəttinin partlaması yolu sular altında qoyub.

Vəziyyəti əks etdirən görüntülər sosial platformada yayılıb. Videoda borunun partlaması nəticəsində tullantı suları yüksək təzyiq altında sürətlə axaraq ətraf yolları və həyətləri basıb.

Axıntı suları ətraf əraziləri faktiki olaraq gölə çevirib.

Məlumata görə, 10-a yaxın ev təxliyə edilib.

Videonu təqdim edirik:

Aliyə

Seçilən
14
nocomment.az

1Mənbələr