AZ

MKE müxtəlif say və kalibrlərdəki silah-sursatı müştərilərə təhvil verib

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti müxtəlif say və kalibrlərdə olan məhsulları müştərilərə çatdırıb.

Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətindən məlumat verilib.

Bildirilib ki, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.

Son bir həftə ərzində yerli müştərilərə çatdırılan məhsullara aşağıdakılar daxildir:

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına: aviasiya bombası.

Türkiyə Quru Qoşunları Komandanlığına: 120 mm-lik minaatan mərmisi, 105-203 mm arasındakı sursatlar üçün tapa, 40 mm-lik qumbaraatan sursatı, 105 mm-lik sursatlar üçün partlayıcı barıt, saniyəli fitil çaxmağı, təlim əl qumbarası.

FNSS şirkətinə: 76/57A pulemyotu.

Jandarma Baş Komandanlığına: KBRN qaz maskası dəsti.

Əmniyyət Baş İdarəsinə: ehtiyat hissə.

Xarici müştərilərə:

Vyetnama: MP5-A3 tapança-pulemyotu.

ABŞ-a: AP5, AP5-P, AP5-SD tapança-pulemyotları, AP-51 və AP-53 yarımavtomatik silahları.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

AP5

AP51

AP

KBRN

Milli

Mod

MP5

pmt

Seçilən
16
poliqon.az

1Mənbələr