Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb.
Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra yenidən həyata qayıtarılıb.