AZ

Bu ölkədəki səfrimizin 80 yaşı var -

Azərbaycanın 69 ölkədə səfirliyi, 4 nüfuzlu beynəlxalq təşkilatda isə daimi nümayəndəliyi fəaliyyət göstərir. Metbuat.az xəbər verir ki, ölkəmizi xaricdə təmsil edən diplomatların dördünün yaşı 70-i ötüb. Bosniya və Herseqovinadakı səfirimiz Vilayət Quliyevin 72, Litvadakı səfirimiz Tamerlan Qarayevin 73, Belarusdakı səfirimiz Məhərrəm Əliyevin 74, Özbəkistandakı səfirimiz Hüseyn Quliyevin isə 80 yaşı var. Hüseyn Quliyev 23 iyun 1946 ildə Naxçıvan şəhərində anadan olub. O, 6 ay əvvəl 80 yaşına qədəm qoyub. Diplomat 1965-ci ildə Naxçıvan şəhəri, 3 saylı orta məktəbi, 1970-ci ildə isə M.Əzizbəyov adına adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. İxtisasca mühəndis-texnoloqdur. Hüseyn Quliyev 1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki birinci katib-müşaviri işləyib. 80 yaşlı diplomat 1991-1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub. Quliyev 1995-1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəsi, 1997-2007-ci illərdə isə Rusiyanın “Trans-nafta” şirkətinin vitse-prezident vəzifəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər nazirliyində şöbə müdiri, 2009-2012-ci illərdə idarə rəisi postunu tutub. Hüseyn Quliyev 2012-ci ildə Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
15
2
metbuat.az

3Mənbələr