AZ

Messinin Hindistana səfəri iğtişaşla nəticələnib - VİDEO

Hazırda Hindistanda olan Argentinalı ulduz futbolçunun təhlükəsizliyi üçün təşkil olunan mühafizə konvoyu xüsusilə diqqət çəkib.

İdman.Biz sosial şəbəkələrdə dərc edilən görüntülərə əsasən məlumat verir ki, mühafizəçilər, avtomobillər, səfərbər edilmiş yerli polis əməkdaşları və avtomat silahlı kostyumlu şəxslər Messinin ətrafında ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü göstərib.

Belə güclü mühafizənin səbəbi isə özünü çox gözlətməyib. Messi yerli stadionda az müddətlik azarkeşlərə göstərildikdən sonra, nəzarətdən çıxan qəzəbli kütlə yoluna çıxan hər şeyi dağıtmağa başlayıb. Hadisə az qala iğtişaşa çevrilib.

Qeyd edək ki, Messinin Hindistandakı səfəri böyük maraq doğursa da, baş verənlər ulduz futbolçuların bu cür ölkələrə səfərlərində təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu bir daha ortaya qoyub.

Seçilən
18
1
idman.biz

2Mənbələr