AZ

Bar vermədiyinə görə kəsmək istədiyi ağac 10 il sonra məhsul verdi – FOTO/VİDEO

Xalq arasında belə bir deyim var: “Bar gətirməyən ağaca «kəsəcəyəm» desən, həmin il bar verər”.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qusar şəhər sakini Canəli Hörmətov bu deyimin həqiqət olduğuna şəxsən şahid olub.
 

Belə ki, onun həyətyanı sahəsində 10 ildir bar verməyən gavalı ağacı bu il kəsilmək təhlükəsi ilə üz-üzə qaldıqdan sonra gözlənilməz şəkildə bol məhsul verib. Üstəlik, gavalı ağacı qış fəslində ikinci dəfə çiçəkləyib ki, bu da sahibini xeyli təəccübləndirib.


Canəli Hörmətov gavalı ağacının təkrar çiçəkləməsinin səbəbini dəqiq bilmədiyini desə də, inanır ki, bar verməyən ağaca “kəsəcəyəm” demək bəzən onu məhsula gətirir.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
20
2
bizim.media

3Mənbələr